Elm və Təhsil Nazirliyinin idarəsi 285 min manatı bu şirkətə köçürə bilərbackend

Elm və Təhsil Nazirliyinin idarəsi 285 min manatı bu şirkətə köçürə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Yataq dəstlərinin satın alınması üzrə keçirilən tenderin qalibi bəlli olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “VEST SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tərəflər arasında 285.560 AZN-lik müqavilənin bağlanması gözlənilir.

Tenderə əsasən 2 nəfərlik çarpayı üçün mələfə, 2 nəfərlik çarpayı üçün yorğan üzü, 2 nəfərlik çarpayı üçün balış üzü alınacaq.

Bildirək ki, Şirkətin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızı, nizamnamə kapitalı isə 20 manatdır.

Qeyd edək ki, İdarənin müdiri Valeh Mirzalıyevdir.