Elman Məmmədov iranlı həmkarına cavab verdi: O Ərdəbil mollası…backend

Elman Məmmədov iranlı həmkarına cavab verdi: O Ərdəbil mollası…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O Ərdəbil mollası kimi düşünənlər İranda çoxdur. Bunlar Azərbaycanı müstəqil, güclü və inkişaf etmiş bir dövlət kimi qəbul və həzm edə bilmirlər”.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında deputat Elman Məmmədov bildirib.

O əlavə edib: “Bunlar Azərbaycanın Vətən müharibəsindəki qələbəsini qəbul etməkdən çəkinirlər. Hesab edirdilər ki, Azərbaycan torpaqları ömürlük işğal altında qalacaq və bu ərazilər Ermənistana birləşdiriləcək. Azərbaycan zəif dövlət olaraq qalacaq və onlar da istədiklərini edəcəklər. 30 illik işğal dövründə onlar Azərbaycanın erməni tapdağı altında olan ərazilərində təbii sərvətlərimiz və ermənilər tərəfindən sökülmüş binalarımızın hamısını İrana daşıdılar. Bu məlum faktdır və biz kiməsə şər-böhtan atmırıq. Bunu İran da bilir, Ermənistan da”.

Deputat hesab edir ki, Ermənistanın qida borusu rolu İran İrəvanı heç nədən korluq çəkməyə qoymayıb: “İran ərazisindən Ermənistana daşınan silah-sursat, müharibədən öncə də, müharibə dövründə də, hətta bu gün də davam edir. İran bununla nə demək istəyir? Azərbaycan qonşu dövlət kimi İranı qəbul edir, düşünür ki, münasibətlərimiz yaxşı olmalıdır. Əlbəttə, qarşılıqlı hörmət, səmimilik şəraitində. Azərbaycan olaraq bunları istəyirik və biz onlara qarşı olan münasibətlərimizdə həmişə səmimi olmuşuq, bu gün də səmiyik. Ancaq görünür, İran dövlətini idarə edən molla-fars rejimi və İrandakı bir sıra ermənipərəst dairələr bunu istəmirlər və bunun əleyhinədirlər. Onlar Azərbaycanla münasibətlərin hər cəhətdən korlanması üçün ciddi cəhdlə çalışırlar. İndiki hərəkətləri də bunu sübut edir”.

Xatırladaq ki, Elman Məmmədovun ilk açıqlamasından sonra iranlı deputat Əhməd Naderi öz tvitter hesabında qısa paylaşım etmişdi: “İranın səbrini böyüklüyünün əlaməti hesab edin. Yaxşı qonşuluq dost və qonşu ölkələrin borcudur. Əks halda əl qola yapışacaq”.