Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – SİYAHIbackend

Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilən Nəsirov Elman Xudam oğlunun sədri olduğu “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibi ola bilməyib.

NOCOMMENT yeniavaz.com-a istinadən xəbər verir ki, son 6 ildə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinə ilk dəfə qrant ayrılmayıb.

Məlumat üçün bildirək ki, daha əvvəl “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi tərəfindən təqdim olunan bütün layihələrə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə ayrılıb.

2015, 2016 və 2018-ci illərdə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin layihəsini Elman Nəsirov, 2017 və 2019-cu illərdə isə millət vəkilinin qardaşı Ruslan Nəsirov təqdim edib.

Elman Nəsirov və qardaşı son 6 ildə təqdim etdikləri layihələr üçün  ümumilikdə 46 min manat qrant alıblar.

Son 6 ildə millət vəkili Elman Nəsirov və qardaşı tərəfindən təqfim olunan layihələr və aldıqları vəsaitin siyahısını təqdim edirik:

İllər Təşkilat sədri Layihənin adı Məbləğ
2015 Nəsirov Elman Xudam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi 10 000 azn
2016 Nəsirov Elman Xudam Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə və təşviqat işinin gücləndirilməsi 12 000 azn
2017 Nəsirov Ruslan Xudam Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək 9 000 azn
2018 Nəsirov Elman Xudam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi təşəbbüslərinə dəstək 8 000 azn
2019 Nəsirov Ruslan Xudam Gənclərin internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi 7 000 azn
2020 Nəsirov Elman Xudam Diaspor fəaliyyətinin təkmilləşdirilməsində Azərbaycanın könüllü gənclərinin maarifləndirilməsi işi və onun əhəmiyyəti