Elman Rüstəmov parlamentə gəldi, mühüm məsələlər müzakirə edilirbackend

Elman Rüstəmov parlamentə gəldi, mühüm məsələlər müzakirə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

NOCOMMENT xəbər verir ki, iclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini Vüqar Abdullayev, Azərbaycan Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova, Milli Məclisin deputatları iştirak edir.

İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:

1. ”Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. ”Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyinə dair rəy haqqında.