Elman Vəliyev: “İsrail  yeni strateji hədəflər üçün fokuslanacaq”backend

Elman Vəliyev: “İsrail yeni strateji hədəflər üçün fokuslanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti  Bayden Yaxın Şərqdə 13 aydır davam edən münaqişəyə  son qoymaq üçün atəşkəs razılaşmasını təsdiqləyib. Bayden əlavə edib ki, İsrail 60 gün ərzində qoşunlarını Livandan çıxarmalıdır və Hizbullaha bir daha İsrailin təhlükəsizliyini təhdid etməyə heç vaxt icazə verilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, artıq dünya mətbuatı Yaxın Şərqdəki müharibənin başa çatmasını müzakirə edir. Bəzi mənbələr hesab edir ki, atəşkəs haqqında razılaşma hələ davamlı sülh deyil. Konfliktoloq Elman Vəliyev də KONKRET.az-a açıqlamasında bunu təsdiq edib: “Atəşkəs Bayden adminstrasiyasının vasitəçiliyi ilə İsraillə Hizbullah arasında əldə  olunub. Hələlik buna davamlı sülh demək olmaz. Ümumiyyətlə Orta Şərqdə davamlı sülh anlayışı ola bilməz. Bu region maraqların toqquşduğu fırtınalı bir məkandır”.

Daha sonra proksi qüvvələrin gələcəyinə toxunan konfliktoloqun fikirincə artıq  HƏMAS çöküb. Elman Vəliyev İsrailin atəşkəsə razı olmasını iki səbəblə izah edib: “Əvvəlcə ondan başlayaq ki, İsrail müvəqqəti sakitlik yaradıb sonra, yenidən hədəfinə  çatmağa çalışacaq. İsrail çox böyük ustalıqla HƏMAS-sı aradan qaldırdı. Böyük ehtimalla  İsrail  yeni strateji hədəflər üçün fokuslanacaq.

Digər tərəfdən, Hizbullahla açıq və davamlı mübarizə İsrail üçün potensial təhlükə idi. Hizbullah daha əvvəl də İsraillə müharibə aparıb və üstünlüklər qazanıb.Son vaxtlar  Netanyahuya qarşı təzyiqlər də  həddindən artıq çoxalmışdı və o, kreslosunu itirmək üzrə idi. Bütün bunlara baxmayaq İsrail “Böyük İsrail” dövləti layihəsini mütləq davam etdirməyə çalışacaq”.