Elmar Vəliyevi güllələyən Yunis Səfərovdan XƏBƏR VARbackend

Elmar Vəliyevi güllələyən Yunis Səfərovdan XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin apellyasiya məhkəməsi başlayıb.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə 21 bənddən ibarət vəsatət təqdim ediblər. Hakimlər vəsatətlərə növbəti prosesdə baxmağı qərara alıblar.

Proses dekabrın 15-də davam etdiriləcək.

Apellyasiya şikayətinə görə, təqsirləndirilən şəxslər ittihamlar üzrə Cinayət Məcəlləsinin təkcə 29,120.1-ci maddəsi ilə təqsirli bilinmələrini, digər maddələr üzrə onlara bəraət verilməsini istəyirlər.

Qeyd edək ki, Yunis Səfərov və digərləri barəsində bu ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub. Hökmə əsasən, Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il müddətinə azadlıqdan məhrum ediliblər.