Elmira Axundova danışdı: Məndən asılı olsa…backend

Elmira Axundova danışdı: Məndən asılı olsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra Azərbaycanın Ukraynadıkı səfiri Elmira Axundovanın Kiyevdəki vəzifəsinin başında olub-olmaması məsələsi yenidən aktuallaşıb.

Qeyd edək ki, hazırda səfir xanımı səfirliyin müvəqqəti işlər vəkili əvəz edir.

NOCOMMENT xəbər verir ki, bizim.media-ya danışan Elmira Axundovanın sözlərinə görə, hazırda Kiyevdə olmamasının səbəbi ondan asılı deyil.

“Biz dövlət adamıyıq. Fikrim də, istəyim də var. Məndən asılı olsaydı, çoxdan Kiyevdə olardım. Mənim vəzifəmi kimsə icra etmir. Sadəcə səfir ölkədə olmayanda, onu kimsə əvəz edir. Bu, adi praktikadır. Ona görə ona müvəqqəti deyirlər”, – deyə xanım səfir qeyd edib.

Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.

Hazırda diplomatik missiyamız bu ölkədə fəaliyyətini bərpa edib.