Elnarə Abdullayeva bölməyə aparıldı – SƏBƏB/FOTObackend

Elnarə Abdullayeva bölməyə aparıldı – SƏBƏB/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolundakı Pirəkəşkül postunda baş verib.

Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.

Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.