Elnarə Abdullayevadan AÇIQLAMA: Bölməyə aparılmamışambackend

Elnarə Abdullayevadan AÇIQLAMA: Bölməyə aparılmamışam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər TV-nin çəkilişi ilə bağlı rayona gedirdik, sənəddə problem olub”.

NOCOMMENT xəbər verir ki, bu sözləri karantin qaydalarını pozduğu üçün bölməyə aparıldığı bildirilən Əməkdar artist Elnarə Abdullayeva mediapost-a açıqlamasında deyib.

“Bölməyə aparılmamışam, sadəcə sənəddə problem olub deyə, mən də bunların üstünə düşdüm. Hər şey yaxşıdır”, – deyə E.Abdullayeva söyləyib.

Qeyd edək ki, yayılan məlumatda sənətçinin Şamaxıya getmək istəyərkən Bakı-Şamaxı-Yevlax yolundakı Pirəkəşkül postunda polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilmişdi.