Elnur Əşrəfoğlunun vəziyyəti necədir?backend

Elnur Əşrəfoğlunun vəziyyəti necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

NOCOMMENT-in xəbərinə görə, müalicə aldığı “Yeni Klinika”dan report-a bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.

“Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir”, – deyə xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb.