Elnur Məmmədli: İnsanları ayağa qalxıb himnimizi dinləməyə vadar etdikbackend

Elnur Məmmədli: İnsanları ayağa qalxıb himnimizi dinləməyə vadar etdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd etdiyimiz kimi bu gün Paris 2024 Yay Olimpiya Oyunlarında idmanın cüdo növü üzrə cempiyon olmuş idmançılarımız vətənə qayıdıblar.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də onlarla bərabər vətənə qayıdıb.

Elnur Məmmədli Aərbaycan cüdoçularının çempiyon olması ilə bağlı öz təəssüratlarını jurnalistlərlə bölüşüb.

“İlk öncə hamınıza təşəkkür edirəm ki, əziyyət çəkib gəlmisiniz. Doğurdan da Yay Olimpiya Oyunları bizim üçün ən böyük yarışlardan biri olur. Bizim Hidayət Heydərov və Zelim Kotsoyev də layiqincə güləşdilər. Ən böyük xoşbəxtlik isə odur ki, Fransanın paytaxtı Parisdə insanları ayağa qalxıb himnimizi dinləməyə , bayrağımıza diqqət yetirməyə vadar etdik. Doğrudan da bu böyük uğur və böyük nəticədir ki, tarixdə ilk dəfə olaraq Yay Olimpiya Oyunlarında cüdodan iki qəzıl medalımız var. Bu böyük uğurun da arxasında təbii ki, Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçilər var. Hər kəs çiyin-çiyinə verib və bu uğuru əldə edib. Yenə də başda cənab prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva olmaqla dövlətimizi, Azərbaycan xalqını təbrik edirəm. Yenə də deyirəm bizim üçün Fransada himnimizi səsləndirmək, bayrağımızı qaldırmaq çox vacib və məsuliyyət idi.”, – deyə o bildirib.