Elon Musk Microsoft-u məhkəməyə verəcəkbackend

Elon Musk Microsoft-u məhkəməyə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Twitter-in baş icraçı direktoru (CEO) Elon Musk, sahibi olduğu sosial media platformasının məlumatlarını icazəsiz istifadə etməkdə ittiham etdiyi Microsoft-u məhkəməyə verəcəyini bildirib.

NOCOMMENT xəbər verir ki, Musk Twitter-də Microsoft-un Twitter-i korporativ reklam platformasından çıxaracağını paylaşaraq, “Onlar Twitter məlumatlarından istifadə edərək qeyri-qanuni təlim aldılar. Artıq məhkəmə vaxtıdır” sözləri ilə cavab verib.

Bununla belə, Musk iddiasını dəstəkləyəcək heç bir dəlil və ya detal paylaşmadı.

Ayrı bir yazıda Musk, Twitter məlumatlarının müzakirəsi ilə bağlı fikirlərə açıq olduğunu, lakin Twitter-in məlumat bazasını talamaq, reklamları silməklə onu demonizasiya etmək və sonra məlumatlarını başqalarına satmağın qazan-qazan həlli olmadığını bildirdi.

Microsoft məsələ ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Microsoft daha əvvəl bildirmişdi ki, onun reklam platforması aprelin 25-dən etibarən Twitter-i dəstəkləməyəcək.

Nəticədə, reklam alıcıları Microsoft-un sosial media idarəetmə aləti vasitəsilə öz Twitter hesablarına daxil ola bilməyəcəklər.