Elşad Abdullayevin oğlu ilə Serj Sarkisyanın qızını nə birləşdirir? – SENSASİON FAKTLAR – FOTObackend

Elşad Abdullayevin oğlu ilə Serj Sarkisyanın qızını nə birləşdirir? – SENSASİON FAKTLAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda biznes quraraq milyonlar qazanan, ölkənin təhsil sisteminin bərbad vəziyyətə düşməsində əlindən gələni edən, bir sıra qanunsuz əməllərdə və vəzifə saxtakarlıqlarında adı hallanan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev haqda növbəti sensasion faktlar ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan, haqqında beynəlxalq axtarış elan olunduğu üçün Fransaya qaçaraq oradan siyasi sığınacaq alan, bu ölkədə də sakit dayanmayaraq ölkəmizə qarşı həyata keçirilən bütün məkrli kampaniyalarda iştirak edən, hətta mənfur düşmənimiz olan ermənilərlə iş birliyinə girən Elşad Abdullayevin vətəninə xəyanət yolunu seçdiyi heç kimə sirr deyil.

Abdullayevin və onun ailə üzvlərinin Azərbaycana qarşı necə kin və nifrət bəslədiyini bir daha sübuta yetirib.

Belə ki, sabiq rektorun hazırda Rusiyada yaşayan oğlunun ermənilərlə növbəti iş birliyi ortaya çıxıb. Bu haqda saytımıza məlumat verən mənbənin iddialarına görə, Abdullayevin oğlu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızına küllü miqdarda pul borc verib. Notarial qaydada imzalanan borc müqaviləsində sabiq rektorun oğlunun Sarkisyanın qızına 4.5 milyon rus rublu civarında pul ödədiyi açıq-aşkar görünür. Lakin pulun hansı məqsədlə verildiyi məlum deyil.

Əli azərbaycanlıların qanına bulaşan, Xocalı faciəsinin təşkilatçılarından və birbaşa iştirakçılarından olan bir qatilin qızına bu qədər pulun verilməsinin və düşmənlə iş birliyinin qurulmasının vətənə xəyanətdən başqa adı yoxdur. Sarkisyanın qızının bu pulları Azərbaycan əleyhinə xərcləyəcəyi isə heç kimdə şübhə doğurmamalıdır. Görünən odur ki, Elşad Abdullayev Fransada, oğlu isə Rusiyada ermənilərlə iş birliyini davam etdirir və Azərbaycana qarşı bütün məkrli planlarda yer almaqdan çəkinmir.

Məlumat üçün bildirək ki, Elşad Abdullayevin oğlu Elşən Abdullayev qanunsuz yollarla Moskvada ikili vətəndaşlıq alıb. Hal hazırda orada məskunlaşmasına baxmayaraq ailəsindən ayrı yaşayır. Ancaq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub. Bu əməkdaşlığı sübut edən fotofaktı sizə təqdim edirik.