Elşən Xəzər Xomeyni ilə bağlı meyxanaya görə Rəşad Dağlıya xəbərdarlıq edib? – Yaxşı hal deyil…backend

Elşən Xəzər Xomeyni ilə bağlı meyxanaya görə Rəşad Dağlıya xəbərdarlıq edib? – Yaxşı hal deyil…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, böyük bir faciədir. Həm Rəşadın özü, ailəsi üçün, həm də biz dostları üçün. Bir faciə yaşandı. Biz də hələ ki məlumatları internetdən oxuyuruq, saytlardan eşidirik. Artıq təxmin edirik ki, hadisə niyə baş verib. Bir kişinin ailəsinə, balalarına söyüş söysən, adam əsəbləşər. Bu məsələdə də nəticə belə sonlanıb. İnanın, hamımız çox pis olmuşuq. Gözləyirik, görək, nə olur. Ən gözəl xəbər Rəşadın öz dilindən çıxan xəbər olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pravda.az-a tanınmış meyxanaçı Elşən Xəzər həmkarı Rəşad Dağlının qətl törədərək həbs olunması barədə danışarkən deyib.

O, “söyüş söydüyünə görə kimisə öldürmək Rəşad Dağlıya bəraət qazandırmır” deyənlərə də münasibət bildirib: “Bu suala cavab vermək ağırdır. Qətl törətmək yaxşı şey deyil. Mən bunun tərəfində deyiləm. Amma bilirsiniz, hirsli başda ağıl olmaz. Bəzən olur ki, sərhədlər çox pis keçilir. Əvvəllər belə şeylər çox olurdu. O vaxt erməni alçağı bayrağımıza tüpürəndə zabitimiz Ramil Səfərov onu öldürmüşdü. Yəni bəzi şeylər var ki, keçmək mümkün olmur. İstənilən halda, kaş məsələ bu cür bitməyəydi, kaş belə olmayaydı, kaş qarşı tərəf söyüş söyməyəydi. Bəlkə də, başqa cür olardı. Vallah, adam danışmağa söz tapmır”.

E.Xəzər bir müddət əvvəl Rəşad Dağlıya Ayətullah Xomeyni ilə bağlı səsləndirdiyi meyxanaya görə xəbərdarlıq etməsi, hadisənin Rəşad Dağlını zərərsizləşdirmək üçün İrana xidmət edən qüvvələr tərəfindən təşkil edilməsi barədə iddialara isə belə cavab verib: “Rəşad elə bir meyxanaçı deyil ki, ona nəsə öyrədəsən, deyəsən “belə demə, bu olmaz”. Rəşad özü bilir nə deyir. İranla bağlı məsələnin mənə heç bir aidiyyatı yoxdur. Kim içəridə-çöldə nə edirsə, bunun bizə nə dəxli ola bilər ki? Bizim öz yaşayışımız, əqidəmiz var. Bunun mənə nə aidiyyatı olduğunu başa düşə bilmədim. Düz deyib, ya səhv deyib, bunu Rəşad özü bilir. Biz hansısa kilsənin rahibinə söz desək, əlbəttə, kilsə camaatı buna etiraz edər. Belə başa düşürəm, Rəşada heç bu cür sözlər deyilməyib. Mən neçə müddətdir ki, meyxana aləmində yoxam, kənarlaşmışam, çox da izləmirəm. Amma yadıma gəlir ki, həmin video ilə bağlı Rəşad özü çıxıb açıqlama vermişdi. Özü sağdır, ona xəbərdarlıq edib-etmədiyim barədə cavab verə bilər. Mən o videodan neçə müddət sonra xəbər tutmuşdum. Çünki o aləmdə olmuram deyə, nələr baş verdiyini görmürəm. Hər halda bir şəxsiyyət barəsində pis söz demək, məncə, yaxşı hal deyil. Rəşad haqqında belə deyildi, gördünüz ki, nəticə nə oldu. Ona görə də kiminsə barəsində bu cür sözlər demək olmaz. Mənim adətim deyil, elə bir xüsusiyyətim yoxdur ki, durub kiminsə arxasınca ünvanına pis sözlər deyim. Bu, yaxşı şey deyil, bəyənmirəm”.

Meyxanaçı İranın Ermənistanı dəstəklədiyi halda, dindarların səs çıxarmamasına da münasibət bildirib: “Ümumiyyətlə, bu sualların cavablarını hər sahədən böyüklərimiz veriblər, siyasi məsələlərə qarışmıram. İranda 35 milyondan artıq azərbaycanlımız var. Necə deyə bilərəm ki, onlar pis, yaxud yaxşıdırlar? Ümumi söz danışa bilmərik. Amma hər kim millətimizə, məscidimizə düşmən olacaqsa, biz də düşmən olacağıq. Bu, konkretdir, başqa yolu yoxdur. Hər kim məscidə təcavüz edər, məscidə qarşı nalayiq söz deyər, yaxud alçaq ermənilər kimi məscidə donuz buraxar, əlbəttə, onlarla mübarizə apararıq, buna imkan vermərik. Allah da, media da şahiddir ki, bu mübarizəni də aparmışıq. Hamı şahiddir ki, biz meyxanaçılar Vətən müharibəsi zamanı Ordumuza, millətimizə dəstək olmaq üçün əlimizdən gələn hər şeyi etmişdik. Bunun üçün vəsaitlər ayrıldı, kliplər çəkildi, çıxışlar, Orduya yardımlar oldu. Biz də oliqarx deyilik, amma əlimizdən nə gəlirdisə, bu yolda can-başla iştirak etdik. Hətta müharibəyə qatılmaq üçün könüllü yazılmışdım. Hər nə olur-olsun, əlbəttə, gedib torpaqlarımızı müdafiə etməliyik. Bu, hər övladın borcu kimi bizim də kişilik borcumuzdur”.