Dünya şöhrətli müğənni Elton Con Fransanın cənubundakı iqamətgahında yıxılaraq qəza keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məşhur müğənni qəzadan sonra ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.
Monakoda yerli sağlamlıq mərkəzinə aparılan 76 yaşlı müğənninin bu gün evə buraxıldığı və səhhətinin yaxşı olduğu bildirilib.
NOCOMMENT.AZ