Əlverişsiz hava 10 nəfərin ölümünə səbəb oldubackend

Əlverişsiz hava 10 nəfərin ölümünə səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin bir sıra ştatlarına qarla müşayiət olunan güclü tufan nəticəsində azı on nəfər ölüb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi nəticəsində 1,2 milyondan çox amerikalı elektrik enerjisindən məhrum qalıb.

Xüsusilə, Kaliforniyada güclü qar səbəbindən 13 əyalətdə fövqəladə vəziyyət elan edilib. Texas və Pensilvaniya güclü küləklə əlaqədar təcili xəbərdarlıq edib. Kaliforniyanın bəzi ərazilərində qar yığınları ikinci mərtəbənin pəncərələrinə qədər böyüyüb.