Elvin cinayətini etiraf etdi: Barışmaq istəmədi, mən də öldürdümbackend

Elvin cinayətini etiraf etdi: Barışmaq istəmədi, mən də öldürdüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə həyat yoldaşını qətlə yetirən 34 yaşlı Elvin Umayev polis tərəfindən dindirilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, E.Umayev 38 yaşlı Turanə Umayevanı onunla barışmaq istəmədiyinə görə öldürdüyünü bildirib.

“Əvvəllər həyat yoldaşımla 8-9 dəfə görüşmüşük, hər görüşdə barışıq təklifimi qəbul etməyib. Sonuncu dəfə parkda görüşdük, onu danışmağa razı salmaq istədim. Uşaqlarımızın olduğunu, yeni həyat qura biləcəyimizi dedim. O isə məni görmək istəmədiyini söylədi. Bu zaman özümü itirdim və silahla atəş açdım”.

Qeyd edək ki, hadisə Trabzonun Ortahisar rayonunda baş verib. Yerli KİV-də yayılan xəbərlərdə Elvin Umayevin övladlarını göstərmədiyinə görə xanımını qətlə yetirdiyi bildirilirdi.

Elvin Umayev parkda arvadını başından güllələyib. Qadın hadisə yerində ölüb. Cinayət anı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. E.Umayev könüllü olaraq polisə təslim olub. Onun əvvəllər Azərbaycanda məhkumluq həyatı yaşadığı bildirilir.

İki uşaq anası olan Turanə Umayevin cənazəsi ekspertizadan sonra Azərbaycana göndəriləcək.