Elvin Oyta: Onlar manqurtlaşmış azərbaycanlılardırbackend

Elvin Oyta: Onlar manqurtlaşmış azərbaycanlılardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran terrorçu rejimi Güney Azərbaycanın bütün abidələri və tarixi binalarını məhv etmək fikrindədir. Bizə aid nə varsa, hamısını dağıdır.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Elvin Oyta deyib.

O bildirib ki, tarixi abidələr İran rejiminin barbar siyasəti ilə yox olmaq üzrədir:

“Gözəl memarlıq nümunələrinə malik Ərk qalası, yaxud nadir tikililərdən olan Göy məscid – hamısı tarixi əhəmiyyətli binalar idi. Bəzi abidələrimizi əl ilə dağıtmağa gücləri çatmırdı, topla vurub yıxırdılar. Çox qədim binaların yaxınlığında yeni binalar tikiblər. Bu isə qədim binanın özülünü dağıdır. Qorumaq əvəzinə Yer üzündən silməyə çalışırlar”.

Elvin Oyta farsların Azərbaycan abidələrinə laqeyd yanaşmasının Pəhləvilər dönəmindən miras qaldığını vurğulayıb:

“Pəhləvilər hakimiyyətə gələndə türk abidələrinin qəsdinə durdular. Biz Məhəmməd Rza “Palani”, oğluna “Rza Palani” deyirik. Bunların şöhrəti “Palani” idi. Sonra dəyişib, özlərinə Pəhləvi deyiblər. Baxmayaraq, bunların türk tərəfi də var. Bir tərəfləri Şimali Azərbaycandan olduğu deyilir. Amma assimilyasiya olunub, manqurtlaşanlardandır. Fars faşizmini quran irançılardır. Soyları türk olsa da, satqın olublar. Məmməd Rzanın 3 xanımı olub. İkisi bunun əxlaqının düzgün olmadığını görüb, boşandı. Lakin Təbrizdən olan Fərəh onunla evləndi. Özü bir kəlmə türkcə danışmayıb. Bizim mədəniyyəti təbliğ etməyib, əksinə, ziddimizə olub”, – o bildirib.