Elvinin veteran təqaüdü niyə dayandırılıb? – MN-dən cavabbackend

Elvinin veteran təqaüdü niyə dayandırılıb? – MN-dən cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elvin Elçin oğlu Məmmədovun “Müharibə veteranı” adının verilməsi ilə bağlı müraciəti Müdafiə Nazirliyində araşdırılıb, müvafiq dəqiqləşdirmə aparılıb və qərar qəbul edilməsi üçün aidiyyəti üzrə komissiyaya göndərilib.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Elvin Məmmədovun veteranlıq təqaüdünün dayandırılması ilə bağlı danışan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, E.Məmmədov barədə qərar qəbul edildikdən sonra onun adı “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək: “Yaxın zamanda vətəndaş E.Məmmədova Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq”.