İlham Əliyevin sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifəsindən azad olunub.
NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, E.İbrahimov Nəsimi rayonuna rəhbərlik etdiyi qısa müddətdə bir neçə kadr dəyişikliyi edib.
Onlardan biri də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. O, 4 il idi bu vəzifədə çalışırdı.
Ramiz Quliyev baş verənlərlə bağlı sualları cavablandırıb.
Ramiz müəllim, Elxan İbrahimov Sizi vəzifədən azad edəndə bunu nə ilə əsaslandırdı?
Dedi yollarımızı ayıraq. Mən də cavab verdim ki, ayıraq da.
İşdən çıxarılmağınıza reaksiyanız necə oldu?
Mən Hacı adamam, Allaha tapşırdım. Sağ olsun cənab Prezident, haqq yerini tutdu. Biz hardasa 18-20 gün bir yerdə işlədik. Mənim 60 yaşım var. Özüm idmançı olmuşam. 2019-cu ildə Prezident tərəfindən “İdmanda fərqlənməyə görə” diplomu ilə təltif olunmuşam. Belə pis olsaydım, cənab Prezident məni təltif etməzdi. Allah bilən məsləhətdir.
Haqq-ədalətin öz yerini tutacağına əmin idim. Siz mənim yerimdə olsaydınız, necə edərdiniz? Durduğum yerdə gecə vaxtı çağırıb deyir ki, ərizəni yaz çıx.












