Elxan Məmmədov AFFA-dakı vəzifəsindən getdibackend

Elxan Məmmədov AFFA-dakı vəzifəsindən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.

NOCOMMENT xəbər verir ki, o, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

Bu barədə FİFA-nın saytı xəbər yayıb.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FİFA Forward layihəsinin icrası, FİFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FİFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.

FİFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb: “Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”.

AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla qafqazinfo-ya açıqlamasında bildirib ki, bundan sonra Elxan Məmmədovun əsas işi FİFA-da olacaq: “O, AFFA-da ictimai əsaslarla vitse-prezident kimi işləyəcək. Belə ki, icraçı vitse-prezident vəzifəsindən ayrılacaq”.