Əməkdar artist Elza Seyidcahan “Azad Azərbaycan” (ATV) və Baku TV-ni məhkəməyə verib. OLAY yazır ki, buna səbəb sənətçinin bir müddət əvvəl sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən “Tüpürcəyim baldır mənim” şeiri olub.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Seyidcah APA TV-yə müsahibəsində deyib:
“Bu şeirdə nə var ki? Efirdə gündəm üçün Elzanın adından deyirlər ki, “Tüpürüm sizin ağzınıza”. ATV və Baku TV-yə məhkəmədən məktub gedib. Onları bağışlayaram, amma Anar müəllimi (Azərbaycan Yazıçılar Birliyinin sədri – red.) narahat ediblər. Buna görə də mən onları məhkəməyə verdim”.