Əməkdar artist Elza Seyidcahanın (Qasımova) müğənni Roza Zərgərliyə (Allahverdiyevanı) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şikayət icraata qəbul olunub və Roza Zərgərli təqsirləndirilən şəxs kimi tanınıb.
Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.
Qeyd edək ki, Elza Seyidcahan məhkəmədən Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham olunmasını, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.
İddiaya görə, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.