Əmək pensiyalarının minimum məbləği artırıldı – SƏRƏNCAMbackend

Əmək pensiyalarının minimum məbləği artırıldı – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.

NOCOMMENT xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.