Əməkdar artist Fərdanı, Elməddini, Müşfiqi BİABIR ETDİ – Aktyordan CAVAB: “Yaşına…“backend

Əməkdar artist Fərdanı, Elməddini, Müşfiqi BİABIR ETDİ – Aktyordan CAVAB: “Yaşına…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Əməkdar artist Vahid Əliyev aktyor Elməddin Cəfərov, Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyevə irad bildirib.

O, Fərdanı, Elməddini, Müşfiqi aktyor hesab etmədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Elməddin Cəfərov yaşından dolayı V.Əliyevə cavab qaytarmaq istəmədiyi bildirib:

“Ötən il də belə bir şey Rasim Balayev tərəfindən olmuşdu. Düzdür, mən bu haqda onlara bir şey deyə bilmərəm. Onlar bizim böyüklərimiz, ağsaqqallarımızdırlar. V.Əliyevə cavab qaytarıb nəsə demək istəmirəm, ona sayğım var. Aldığım tərbiyə imkan vermir ki, onun haqqında artıq-əskik nə isə deyəm. Sənətçinin haqqımda dediyi sözlərində haqq da var, haqsızlıq da. Ona görə bir şey demək istəmirəm”.

Qeyd edək ki, Vahid Əliyev aktyor Elməddin haqqında bu sözləri işlətmişdi:

“Elməddin də universitetin tarixini bitirib. Bir dəfə Elçin Əlibəyli məndən soruşdu ki, Elməddin necə aktyordur? Dedim ki, bu dəqiqə deyərəm. Başa düşdüm ki, Elçin ürək sözlərini mənim vasitəmlə demək istəyirdi. Elməddindən soruşdum ki, Ədil İsgəndərov kimidir? Söylədi ki, bilmirəm. Ona baxıram, bir ad qoya bilmirəm”.