Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Nazir Rüstəmov Qaynarinfo-ya açıqlamasında oğlunun qara xəbərini gecə aldığını dedi:
“Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur, keçinib. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəymə… Özümüz də şokdayıq”.
Nazir Rüstəmov 42 yaşlı oğlunun 3 uşaq atası olduğunu vurğulayıb:
“Gözümüzün qarşısında getdi”.
Qeyd edək ki, Əməkdar artist Nazir Rüstəmova ağır itki üz verib. Aktyorun oğlu Elxan Rüstəmov vəfat edib.