Əməkdar incəsənət xadimi vəfat etdibackend

Əməkdar incəsənət xadimi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru vəfat edib. 

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Məlumata görə, Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Oruc Qurbanov uzun sürən xəstəlik səbəbindən 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, “Qızıl dərviş” mükafatı laureatı olan O.Qurbanov dəfələrlə Prezident mükafatına layiq görülüb. O, 2017-2022-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub.