Əməkdar rəssam niyə saxlanılmışdı? – Cinayət işinin DETALLARIbackend

Əməkdar rəssam niyə saxlanılmışdı? – Cinayət işinin DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar rəssam Rəşad Ələkbərova qarşı açılan cinayət işinin detalları bəlli olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-a onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, R.Ələkbərov 2016-cı ildə “Profco MMC”-nin direktoru təyin edilib. Həmin şirkətin əsas fəaliyyəti Lənkəran rayonunun Təngivan kəndinin ərazisində, Lənkərançay yatağından çınqıl-qum istehsal etmək olub. Əməkdar rəssamla bağlı cinayət işi məhz adıçəkilən şirkətlə əlaqədardır:

“Müdafiə etdiyim şəxs qurumun direktoru olsa da, işləri onun qohumu – direktor müavini idarə edirdi. 2019-cu ildə şirkətin lisenziyası bitib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin müddətdən sonra lisenziya verməyib. Onlar da lisenziyanın verilmədiyi müddətdə işləri dayandırıb, istehsalatı əvvəldən hasil edib saxladıqları qum-çınqıllar vasitəsilə həyata keçiriblər. R. Ələkbərovun direktoru olduğu qurumun lisenziyasız işləməsi ilə bağlı ittihamlar 2021-ci ilin yanvar-iyun aylarını əhatə edib. Qeyd etdiyim dövr ərzində dövlətə dəymiş ziyanın 88 min manat olduğunu müəyyən ediblər. Hətta bir neçə dəfə Nazirlik qurumu cərimə etsə də, məhkəməyə müraciətdən sonar cərimələr ləğv olunub. Eyni zamanda, həmin ərazidən təxminən on kilometr məsafədə yerləşən və eyni hasilatı həyata keçirən müəssisənin müvafiq qanun pozuntularını da “Profco MMC”-nin adına yazıblar”.

Vəkil R. Ələkbərovun istintaqdan yayınmadığını və müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların az ağır cinayət kateqoriyasına aid olduğunu vurğulayıb:

“Müdafiə etdiyim şəxs dindirilmələrə vaxtı-vaxtında gəlib, əvvəllər məhkum olunmayıb, istintaqdan yayınmayıb. O dövlət xaricində də işlər görmüş incəsənət nümayəndəsidir. Buna görə də irəli sürülən ittihamlar az ağır cinayət kateqoriyasına aid edilib”.

Vəkil onu da qeyd edib ki, Əməkdar rəssam hazırda ev dustaqlığındadır və fəaliyyətini davam etdirir. Adəm Məmmədovun sözlərinə görə, ev dustaqlığı ilə bağlı qərarın qüvvədən düşməsi üçün müraciət ediblər.

Qeyd edək ki, ötən gün Əməkdar rəssam Rəşad Ələkbərovun həbsi barədə məlumat yayılmışdı.

Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan rəssam barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda prokurorluq orqanlarının vəsatətinə baxılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunaraq, Rəşad Ələkbərov azadlığa buraxılıb.