Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanıldı – Nazirlikbackend

Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanıldı – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir.

Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaqdır.