2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1268.7 manat təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 7.8% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8% artaraq 1002,8 manat təşkil edib.