Emin Ağalarovdan Ordumuza dəstəkbackend

Emin Ağalarovdan Ordumuza dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sea Breeze Resort” Azərbaycan Silahlı Qüvvələrinə dəstək verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sea Breeze” restoranının sahibi, xalq artisti Emin Ağalarov İnstaqram hesabında yazıb.

O, “Sea Breeze Resort”un dost və tərəfdaşları ilə birgə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat hədiyyə etdiyini bildirib:

“Yardım üçün təşəkkür edirəm, dostlar! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, yardım aksiyasına ölkədən kənarda yaşayan azərbaycanlı sənətçilər də qoşulub. axar.az