Emin Əmrullayev Şüvəlanda baş vermiş hadisədən danışdıbackend

Emin Əmrullayev Şüvəlanda baş vermiş hadisədən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlik şagirdlərlə bağlı neqativ halların səbəblərini öyrənməyə çalışır.

NOCOMMENT.az yenisabah.az-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, baş verən hadisədə cinayət tərkibinin olub-olmamasını hüquq-mühafizə orqanları müəyyən edir:

“Əgər onlar hadisənin cinayət əməli olmasını müəyyən edirsə, təqsirkara cəza verilir. Məhkəmə qərarı olmadan kiməsə cəza verilməsi doğru deyil. İnzibati xəta halı olarsa, aidiyyəti qurum cərimə edilə bilər. Xırda xoşagəlməz hallarda məktəb rəhbərliyi bunun qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur.

Şüvəlandakı hadisə məktəbdə baş verməyib. Aidiyyəti qurumlar bununla bağlı lazımi tədbirləri görür. Müəllimə qarşı yersiz təzyiqlər yolverilməzdir”.