Emin Əmrullayevə videolu hücum – Yeni görüntülər gəlir?backend

Emin Əmrullayevə videolu hücum – Yeni görüntülər gəlir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan məktəblərində baş verən qanunsuzluqları əks etdirən video və audio yazıların ard-arda ictimailəşdirilməsi diqqəti yenidən təhsil sektoruna yönəldib. Son bir həftədə təxminən 4-5 analoji görüntü üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, “Yeni Sabah” bu məsələ ilə bağlı ilginc iddia ilə çıxış edib.

“Məlumatlı şəxslərdən biri saytımıza deyib ki, Azərbaycan məktəblərində baş vermiş özbaşınalıqları əks etdirən videogörüntülər bir-birdən ortaya çıxmayıb. Onun sözlərinə görə, hadisə xüsusi ictimai əhəmiyyət kəsb etsə də, əslində, məsələnin mahiyyətində siyasi motivlər dayanır. Mənbənin dediyinə görə, məlum videogörüntülərin ortaya çıxması, Elm və Təhsil Nazirliyinin mövcud rəhbərliyini cəmiyyət arasında nüfuzdan salmaq və onların mövqelərini zəiflətməkdir”, – mətbu orqan yazıb.

Bildirilib ki, məlumatlı şəxs fikrini əsaslandırmaq üçün diqqəti məlum videogörüntülərin çəkildiyi tarixə yönəldib.

Media orqanı yazır: “Bütövlükdə ölkə təhsilindəki acınacaqlı vəziyyəti əks etdirən sözügedən görüntülərin çoxu əvvəlki dövrə aiddir. Emin Əmrullayevə rəğbət bəsləməyən, onun hakim komandadan uzaqlaşmasını ürəkdən arzulayan adamlar var. Son vaxtlar ard-arda yayılan videogörüntülər onların “əl işi”dir. Onlar Emin Əmrullayevin postu ilə vidalaşacığını düşünsələr də, onların proqnozu doğrulmadı. Bundan sonra “düyməyə basıldı”.

Sonda isə sayt müsahibinin sözlərinə istinadən yazır ki, Azərbaycan məktəblərində oxşar durumu əks etdirən videogörüntülərin qarşıdakı günlərdə də ortaya çıxacağını istisna deyil.