Emin Həsənli: “Qərbi Azərbaycan adlanan ərazidə Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisində bufer zona yaradılacaq”backend

Emin Həsənli: “Qərbi Azərbaycan adlanan ərazidə Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisində bufer zona yaradılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Tarixi Azərbaycan torpaqlarında – Qərbi Azərbaycan adlanan ərazidə Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisində bufer zona yaradılacaq”.

Bu sözləri NOCOMMENT.az-a müsahibəsində hərbi ekspert Emin Həsənli deyib.

“Dünyanın böyük dövlətləri təəssüflər olsun ki, sülh istəmirlər. Onlar dünyanın heç bir bölgəsində o cümlədən Cənubi Qafqazda sülh və əmin-amanlıq olmasını istəmirlər. Əgər dünyanın böyük dövlətləri istəsəydi, Ermənistan çoxdan həm konstitusiyasını dəyişərdi, həm də münaqişə həll olardı.
Onlar bu münaqişəni uzadırdılar və Ermənistana dəstək olurdular. Ermənistan işğalçı ola-ola böyük dövlətlərin yaratdığı BMT-nin beynəlxalq hüquq normalarına əməl etmədiyi halda, ABŞ, Fransa, müxtəlif zamanlarda Rusiya, müharibənin ilk illərində sovet rəhbərliyi də Ermənistanı dəstəkləyib.
Hal-hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Ukraynanın arxasında bütün qərb var. Rusiya-Ukrayna ayrı-ayrı mövqedə olmalarına baxmayaraq, Ermənistan məsələsində bəzən eyni mövqeden çıxış edirlər və Ermənistanı bu və ya digər formada dəstəkləyirlər. Təəssüflər olsun ki, bu hallar davam edir. İndi də Ermənistan hakimiyyəti Qərbdən asılıdır. Ermənistanın heç zaman müstəqil hakimiyyəti, müstəqil dövləti olmayıb. Ermənistan diasporadan asılıdır və Qərbdəki ABŞ və Fransanın Ermənistanın indiki rəhbərliyi ilə sıx əlaqələri var və onları dəstəkləyir. Həmçinin bu dövlətlər istəmirlər ki, bölgədə sakitlik olsun”.

Azərbaycan-Ermənistan münaqişəsinin davam etməsi onların maraqlarındadır.

Ermənistan odla oynayır. Ermənistan fikirləşməlidir ki, onun işğal siyasəti dəstəkləndiyi halda o nə əldə etdi?! Qarabağı özünə birləşdirə bildi?! Və yaxud yaratdığı dırnaqarası dövləti tanıtdıra bildi?!

Əksinə çox sayda qüvvəsini itirdi, iqtisadiyyatına böyük zərər dəydi, regionda bütün proseslərdən kənar qaldı və Azərbaycan da öz torpaqlarını azad etdi.
Ekspert qeyd edir ki, Ermənistan bu siyasətə davam etsə, qardaş Türkiyənin Suriya ərazisində buffer zona yaratdığı kimi, Azərbaycan da tarixi Azərbaycan torpaqlarında – Qərbi Azərbaycan adlanan ərazidə Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisində bufer zona yaradacaq ki, bu atəş məsələsi birdəfəlik dayansın . Əgər bununla da dayanmasa, Ermənilər gəldikləri yerə getməlidirlər.

“19-cu əsrdə Gülüstan və Türkmənçay müharibələrindən sonra Cənubi Qafqaza gələn Ermənilər bölgəyə gələndə bəri işğal, terror, separatizm və müxtəlif zoraçılıqlar var və ən ağır cinayətlər törədiblər. Ona görə də Ermənistan ağlını başına yığmalıdır və “Dəmir Yumruq” yerindədir hər zaman da onların başına daha ağır formada dəyəcəkdir.

Dəmir yumruq

Əgər, Ermənistan bu iddialarından əl çəkməsə, öz sonuna gətirib çıxaracaq!

Ermənistandan rus ordusunun qoşunları çıxarılmamış bura ABŞ-nin hərbçiləri gəlir. Zamanında Rusiya, indi də Fransa, Amerika hətta, Hindistan öz maraqları üçün Ermənistandan istifadə edir. Ermənistan elə bir bölgədə yerləşir ki, həm İranla, həm də Türkiyə və Azərbaycanla sərhəddir. Bu hal ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusən, Zəngəzur İranla qonşudur və Türkiyə ərazisi ilə sərhəddir və Amerika bu bölgəyə qoşununu yerləşdirməkdə maraqlıdır. Ermənistan nə etdiyini bilmir.

Ermənistanda həm Rusiya, həm də Amerikanın ordusu var. Azərbaycan ərazisində isə heç bir ölkənin ordusu yoxdur, özü müstəqil dövlətdir, öz sərhədlərini qoruyur.

Azərbaycan müstəqil dövlətdir. Ermənistan isə heç bir zaman müstəqil olmaq istəməyib, həmişə böyük güclərdən istifadə edib, qonşu dövlətlərin hesabına öz ərazisini genişləndirmək istəyib.

Ancaq, unudurlar ki, indi keçmiş zaman deyil, 21-ci əsrdir və Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu və qətiyyətli Ali Baş Komandanı var”.

 Aişə Əbdülova