Emin Hüseynova bu dəfə Hikmət Hacıyevdən şillə kimi cavab – VİDEObackend

Emin Hüseynova bu dəfə Hikmət Hacıyevdən şillə kimi cavab – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münhen Təhlükəsizlik Konfransının keçirildiyi məkanın qarşısında durub, yalnız Azərbaycan rəsmi nümayəndə heyətinə sual verməkdən daha çox, sual verməyə cəhdlə gündəmə gəlməyə çalışan Emin Hüseynov növbəti sərrast cavabı Prezidentin köməkçisi Hikmət Hacıyevdən alıb.

NOCOMMENT.az xəbər verir ki, Emin Hüseynov bu dəfə də Hikmət Hacıyevə yaxınalaşaraq, sual vermək üçün icazə istəyib.

Hikmət Hacıyev isə “yox” deyərək, yoluna davam edib.

Buna baxmayaraq, Emin Hüseynov “azad mətbuat” (bundan öncə Prezident İlham Əliyevə “müstəqil media” sözünü işlətmiş və cavabını almışdı – red.) məsələsini yenidən hallandırıb. H.Hacıyev isə “Mən sizi azad mətbuat hesab etmirəm, siz azad mətbuat deyilsiniz” deyə vurğulayıb.

Qeyd edək ki, Emin Hüseynov 2014-cü ildə külli miqdarda mənimsəməyə görə axtarışdadır və o, Azərbaycandan qadın paltarı geyinərək qaçıb. Bu barədə isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva onun özünə xatırladıb. /Oxu24.com/