Emin Qəribli: “Bundan bir müddət sonra da nəqliyyatda qiymət artacaq”backend

Emin Qəribli: “Bundan bir müddət sonra da nəqliyyatda qiymət artacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçən illərə nisbətən bu il inflyasiya aşağı enib”.

Bu sözləri NOCOMMENT.az-a müsahibəsində iqtisadçı Emin Qəribli deyib.

Bəzi kənd təsərrüfatı məhsullarında qiymət artımı oldu. Sözügedən qiymət artımı istehsalçılara stimul verir. Dünyada qlobal inflyasiya var. Türkiyədə qiymət artımı baş versə də, ixrac da artır.

İqtisadçı Emin Qəribli qeyd edir ki, qiymət artımının müsbət tərəfləri də var: “İnflyasiyanın sonu iqtisadiyyatın sonudur. Son dövrlər neftin qiymətinin enməsi də, gərginliyə səbəb oldu”.

Ekspert onu da qeyd edir ki, Azərbaycanın hazırkı iqtisadi vəziyyəti kifayət qədər yaxşıdır.

inflyasiya

İqtisadçı, inflyasiyanı insanlarda yaşlanma prosesi ilə müqayisə edir: “Yaş artdığı kimi, inflyasiya da bir yerdə durmur. İqtisadiyyatın hər bir qolunda inflyasiya var, bu qaçılmaz bir prosesdir. İnflyasiya olmasa iqtisadiyyat olmaz. İnflyasiyanın müəyyən dərəcədə xeyri var”.

“Son dövrlər ictimai nəqliyyatın qiymətində baş verən artımları qonşu dövlətlərlə müqayisə etsək, görərik ki, heç bir ölkədə nəqliyyat pulu 30, 40 qəpik deyil. Bu artımlar baş verməliydi. Təbii ki, bu artımlar müəyyən təbəqəyə mənfi təsir göstərir. Mütəxəssis bu artımları normal hal kimi qəbul etdiyini bildirib. “Artımlar hər zaman olacaq, buna uyğun olaraq zamanla minimum əmək haqqı da artırılacaq. Bundan bir müddət sonra da nəqliyyatda artımlar olacaq”- deyə Emin Qəribli qeyd edib.

baku bus qəza

 

Aişə Əbdülova