Emin terror aktından sonra “Crocus”da ilk olaraq nə edib? – Özü açıqladıbackend

Emin terror aktından sonra “Crocus”da ilk olaraq nə edib? – Özü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni və iş adamı Emin Ağalarov atası Araz Ağalarova məxsus “Crocus City Hall”da baş verən terror aktından sonra ilk saatlarda etdiklərini danışıb.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, Emin bu barədə “RİA Novosti”yə danışıb.

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və “Crocus City Hall”ın direktoru Roman Qraçovla birlikdə ilk atəşlər açıldıqdan 40 dəqiqə sonra şəxsən mən binaya daxil oldum. Biz bir neçə dəfə içəri daxil olduq və orada 30 dəqiqədən çox vaxt keçirdik, o vaxt tüstü ilə dolmayan bütün evakuasiya dəhlizlərindən keçdik”, deyə Ağalarov bildirib.

Onun sözlərinə görə, zalın əməkdaşları müşahidə kameralarını çıxarmaq üçün server otağının qapısını sındırmağa nail olublar ki, bu da hüquq-mühafizə orqanlarının əməkdaşlarına terror aktının təhrikçilərinin izinə düşməyə kömək edib. Sənətçi əlavə edib ki, bundan sonra onun şəxsi mühafizəsi və “Crocus City Hall” əməkdaşları insanların yanan binadan çıxmasını asanlaşdırmaq üçün cəsədləri küçəyə çıxarmağa kömək ediblər.

Martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Nəticədə 144 nəfər həlak olub, 180 nəfər yaralanıb.