Əminə Ərdoğan zəlzələdən zərərçəkənlərlə görüşübbackend

Əminə Ərdoğan zəlzələdən zərərçəkənlərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ramazan ayının ikinci günü Hatayda zəlzələdən zərərçəkənlərlə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, birinci xanım Ərdoğan Hatayda Qətər-Türkiyə Qardaşlıq Konteyner Şəhərini ziyarət edib.

O, zəlzələlərin ertəsi günü dünyaya gələn körpə Əli Efeni ziyarət etdikdən sonra qadınlar üçün yaradılmış tikiş mərkəzinə də gedib.

Təşkil olunan kursların əhəmiyyətini vurğulayan Ərdoğana kursa qatılan zəlzələ qurbanlarının hazırladıqları məhsullar təqdim olunub.

Birinci xanım konteyner şəhərdəki səhra xəstəxanasınıziya rət edərək yaralılara şəfa diləyib, həyatını itirənlərə isə başsağlığı verib.

NOCOMMENT.AZ