Əmircanda rabitə lükunun və digər kommunikasiya xətlərinin üzərində yeni obyekt inşa olunur. Görüntülər Suraxanı rayonu Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsindədir.
NOCOMMENT.az xəbər verir ki, “Xəzər Xəbər”in votsap qaynar xəttinə müraciət edən qəsəbə sakini Əhmədağa İsgəndərov iddia edir ki, obyekt onun köşkünün yaxınlığında inşa olunur.Vətəndaş öz köşkünün yaxınlığında tikilən obyektin qanunsuz tikili olduğunu iddia edir.
Tikilməkdə olan obyektin sahibi Nəsibə Əliyeva məsələyə aydınlıq gətirdi. O, tikinti ilə bağlı icazənin aidiyyatı orqanlanlarla razılaşdığını, ərazidən gedən xətlərin isə yerinin dəyişdirldiyini qeyd edib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Əlixan Əliyev Əmircan qəsəbəsi, 114 nömrəli məktəbin yaxınlığında aparılan tikintinin qanunauyğun aparıldığını qeyd edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirldi ki, sentyabrın 23-də orada yoxlama aparılıb və qanunsuz tikinti işlərinin aparıldığı müəyyən edilib. İşlər Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən dərhal dayandırılıb. Gələcəkdə bu kimi halların qarşısının alınması məqsədilə rəsmi məlumat aidiyyəti dövlət qurumlarına göndərilib, məsələ nəzarətə götürülüb. Hazırda həmin ünvanda tikinti işləri aparılmır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.