Əmisi tərəfindən baltalanan 15 yaşlı yeniyetmə xəstəxanada vəfat etdi – YENİLƏNİBbackend

Əmisi tərəfindən baltalanan 15 yaşlı yeniyetmə xəstəxanada vəfat etdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda əmisi tərəfindən baltalanan 15 yaşlı yeniyetmə xəstəxanada ölüb.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

***

Cəlilabadda əmi yeniyetmə qardaşı uşaqlarını baltalayıb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb.

Şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əmi yeniyetmə 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızına və 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yeniyetmələrin vəziyyətlərinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir.

 

Turab