Əmlak bazarında bahalaşma – SON RƏQƏMLƏRbackend

Əmlak bazarında bahalaşma – SON RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oktyabr ayı ərzində daşınmaz əmlak bazarında 5.67% qiymət artımı qeydə alınıb. İlin əvvəli ilə müqayisədə 10.02%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13.12%-lik qiymət artımı var”.

NOCOMMENT xəbər verir ki, bunu modern-ə “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov oktyabr üzrə göstəriciləri açıqlayarkən deyib.

N.İbrahimov bildiirb ki, təkrar mənzil bazarında ay ərzində 0.42% artım, ötən ilin eyni dövrü ilə müqayisədə 5.36% artım müşahidə edilib: “İlkin mənzil bazarında ay ərzində 2.27%, ötən ilin eyni dövrü ilə müqayisədə 21.03% artım var. Fərdi yaşayış və bağ evlərində ay ərzində 8.64% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.73% azalma müşahidə edilib. Kommersiya obyektlərində ay ərzində 1.61%, ötən illə müqayisədə 10.69% azalma var”.

Ekspertin sözlərinə görə, torpaq bazarında ay ərzində 10.14%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24.94% artım qeydə alınıb: “Kirayə mənzil bazarında ay ərzində 9.63%, ötən illə müqayisədə isə ərzində 27.9% artım olub. Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 12.67%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2.85% azalma var. Obyektlərinin icarəsi bazarında ay ərzində 12.19%, il ərzində 17.97% artım müşahidə edilib. Tikinti malları bazarına gəlincə, ay ərzində 0.39%, il ərzində isə 21.04% artım qeydə alınıb”.