Əmlak bazarında durğunluq hökm sürür – Nə baş verir?backend

Əmlak bazarında durğunluq hökm sürür – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əmlak bazarında alqı-satqı prosesində durğunluq hökm sürür”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.

Onun sözlərinə görə, bunun səbəbi ipoteka kreditlərinin verilməsinin azalmasıdır:

“Dekabr ayının 2-ci yarısından ipoteka kreditlərinin verilməsi kəskin azalıb. Yəni, banklar büdcəni istifadə ediblər. Ötən il dekabr ayında artıq ipotekaların verilməsi dayandı, yanvar-fevral ayında durğunluq baş verdi. Bunun nəticəsində ölkədə qiymət artımı demək olar ki, dayandı. Fevral-mart ayında nisbətən aktivlik artdı. Amma bunun da ümum bazara təsiri olmadı”.

Ekspert hazırda bazarda yanvar ayı ilə bağlı fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib:

“Düşünülür ki, fevral ayının ikinci yarısından ipotekaların verilməsinə başlanıldıqdan sonra bazarda aktivlik yarana bilər. Bu, sırf ipotekayönlü əmlaklara aiddir”.