Əmlak Məsələləri Dövlət Xidməti vətəndaşlara müraciət edibbackend

Əmlak Məsələləri Dövlət Xidməti vətəndaşlara müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalının (emdk.gov.az) fəaliyyəti bu gecə saat 00:00-dan 22 sentyabr saat 12:00-a kimi müvəqqəti dayandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xidmətin vətəndaşlara müraciətində bildirilir.

Məlumata görə, fasiləyə səbəb saytda aparılacaq texniki işlərdir. Bu müddət ərzində elektron xidmətlərdən istifadə məqsədəuyğun deyil.