Emmanuel Makron Rusiyaya atəşkəs təklif edəcəkbackend

Emmanuel Makron Rusiyaya atəşkəs təklif edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Rusiyaya atəşkəs rejiminin yaradılmasını təklif edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron vahid Ukrayna telemarafonunun aparıcılarına müsahibəsində deyib.

Rusiya Federasiyası idmançılarının neytral statusda iştirakından danışan Fransa lideri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə buna aydınlıq gətirib. “Rusiya dövlət olaraq bu oyunlarda iştirak etməməlidir, lakin idmançılar ağ bayraq altında “yalnız idmançı kimi” çıxış edə bilərlər.

Ukraynalı jurnalistin açıqlamasına cavab olaraq, Makron Rusiyadan Olimpiya Oyunları zamanı atəşi dayandırmasını tələb edəcəyini vəd etdi.

“Bəli, biz bunu istəyəcəyik”, – deyə prezident qeyd edib.