Ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandıbackend

Ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən az nöqsan 2 halla Milli Onkologiya Mərkəzində qeydə alınıb.

Sənəddə bildirilib ki, sonrakı yerdə 3 halla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), 5 halla isə Milli Məclis, Kiçik və Orta Biznesin İnkişafı AgentliyiDövlət Məşğulluq Xidməti və onun yerli orqanları qərarlaşıb.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.