Ən azı 1 aylıq maaşınızı bağışlayın – Spikerdən deputatlara çağırışbackend

Ən azı 1 aylıq maaşınızı bağışlayın – Spikerdən deputatlara çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deputatlara çağırış edib.

NOCOMMENT.az “TRT Haber”ə istinadən xəbər verir ki, Şentop parlamentariləri zəlzələ ilə bağlı yardım kampaniyasına qoşulmağa çağırıb.

“Ən azı 1 aylıq maaşınızı AFAD-a (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi nəzərdə tutulur – red.) köçürün”, – deyə spiker söyləyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 351 nəfərə çatıb.
modern