Ən bahalı futbolçuların rəmzi komandası – SİYAHIbackend

Ən bahalı futbolçuların rəmzi komandası – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Transfermarkt” dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komandanı açıqlayıb.

NOCOMMENT.az ajans.az-a istinadən xəbər verir ki, “11”liyin müdafiəsində “Arsenal”dan iki, həm yarımmüdafiə, həm də hücumunda isə “Real Madrid”dən iki futbolçu yer alıb.

Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda:

Qapıçı: Qreqor Kobel (“Borussiya Dortmund”) – 40 milyon avro;

Müdafiəçilər: Uilyam Saliba (“Arsenal”) – 80 milyon avro, Alessandro Bastoni (“İnter”) – 80 milyon avro, Qabriel Maqalhaes (“Arsenal”) – 75 milyon avro;

Yarımmüdafiəçilər: Federiko Valverde (“Real Madrid”) – 130 milyon avro, Cud Bellingem (“Real Madrid”) – 180 milyon avro, Florian Virtz (“Bayer Leverkuzen”) – 140 milyon avro;

Hücumçular: Lamin Yamal (“Barselona”) – 180 milyon avro, Vinisius Junior (“Real Madrid”) – 200 milyon avro, Erlinq Haaland (“Mançester Siti”) – 200 milyon avro, Kilian Mbappe (“Real Madrid”) – 170 milyon avro.