Ötən ilin sonunda müxtəlif ölkələrin mərkəzi bankları 1037 ton qızıl alıb.
NOCOMMENT.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Məlumata görə, ABŞ-də qızıl ehtiyatları 8133,5 tona çatıb. Ölkənin qızıl-valyuta ehtiyatlarında bu metalın payı 72,4 faiz qiymətləndirilir. Yığılmış aktivlərin həcminə görə ABŞ liderdir.
Avropada ən böyük qızıl ehtiyatına malik ölkə isə Almaniya olub. Bu ölkənin ehtiyatları 3351,5 ton qiymətləndirilir. Qızılın ehtiyatlarda payı 71,5 faiz təşkil edib.
Fransanın 2436,8 ton, İtaliyanın isə 2451,8 ton qızıl ehtiyatı var.
Çinin ehtiyatları 2264,3 ton, İsveçrənin 1040 ton, Yaponiyanın 845,9 ton, Hindistanın 840,8 ton, Hollandiyanın 612,5 ton təşkil edib.