Ən çox gəlir gətirən filmlərin siyahısı açıqlandıbackend

Ən çox gəlir gətirən filmlərin siyahısı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qisasçılar: Final” filmi 2019-cu ilin ən çox gəlir gətirən filmi olub.

NOCOMMENT.az Deadline-a istinadən xəbər verir ki, film yaradıcılarına 890 milyon ABŞ dolları gətirib.

Ən çox gəlir gətirən filmlərin siyahısında ikinci yeri prokatda 599 milyon ABŞ dolları toplayan “Donmuş ürək – 2” cizgi filmi tutub. Üçüncü sırada 580 milyon ABŞ dolları gəlir gətirən “Kral Şir” animasiya filmi yer alıb.

TOP-5-də həmçinin “Coker” (437 milyon ABŞ dolları) və “Kapitan Marvel” (414 milyon ABŞ dolları) filmləri var.