Ən çox işsizlik bu ölkədə imişbackend

Ən çox işsizlik bu ölkədə imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrozonada işsizlik səviyyəsi artıb. İyul ayında bu göstərici 6,2 faiz olduğu halda, avqust ayında 6,3 faizə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Avropa İttifaqında (Aİ) yazın son ayında işsizlik 5,9 faiz səviyyəsində qalıb. Avqustda Aİ-də ümumilikdə 13,089 milyon insan işsiz olub ki, onlardan 10,842 milyonu avrozonadadır. 2025-ci ilin iyul ayı ilə müqayisədə Aİ-də işsizlərin sayı 39 min, avro zonasında isə 11 min nəfər artıb.

Avrozona ölkələri arasında ən yüksək işsizlik nisbəti 10,3 faizlə İspaniyada olub. Finlandiya 10,1 faizlə ikinci olub. Almaniya və Fransada işsizlik müvafiq olaraq 3,7 və 7,5 faiz təşkil edib.

Rusiyaya gəlincə, işsizlik səviyyəsi tarixi minimuma enib. Avqustda isə 2,1 faizə düşüb. Əvvəlki rekord 2,2 faizlə 2025-ci ilin may ayında qeydə alınıb.